Futbol üzrə İtaliya A Seriyasında may ayının ən yaxşı oyunçusu məlum olub.
Arena.az xəbər verir ki, “Atalanta”nın yarımmüdafiəçisi Ruslan Malinovski ötən ayın ən yaxşı futbolçusu seçilib.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Ukraynalı yarımmüdafiəçi may ayında “Atalanta” ilə A Seriyasında 4 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


