AFFA rəsmiləri TFF-yə qonaq olublar

AFFA rəsmiləri Türkiyə Futbol Federasiyasına (TFF) məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Səfərdə baş katibin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov iştirak ediblər. Tədbir çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib. AFFA və TFF rəsmiləri qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Həmçinin səfər zamanı Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: