Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) bu gecə yarımfinal mərhələsinin oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni günə təsadüf edib.
İlk oyun Seneqal və Misir yığmaları arasında keçirilib. Seneqal millisi çətin qələbə sayəsində finala yüksəlib.
Nigeriya yığması meydan sahibi olan Mərakeş millisi ilə üz-üzə gəlib. Bu görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Mərakeş yığması finalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq. Həlledici görüşdə Mərakeş və Seneqal yığmaları üz-üzə gələcəklər.
Afrika Millətlər Kuboku
Yarımfinal
14 yanvar
Seneqal – Misir 1:0
Qol: Sadio Mane, 78.
Nigeriya – Mərakeş 0:0 (penaltilər 2:4)


