İngiltərənin “Liverpul” komandası Premyer Liqa tarixində 700 qələbə həddinə çatan üçüncü komanda olub.
Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi bu göstəriciyə Premyer Liqanın 20026/2027-ci illər mövsümünün 11-ci turunda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Yubiley qələbəsində Dominik Soboslai, Florian Virts, Rio Nqumoa və Viktor Munyos fərqləniblər.
“Qırmızılar” 700-cü qələbəni Premyer Liqadakı 1315-ci oyunda əldə ediblər. Bu nəticə ilə sözügedən komanda yalnız “Mançester Yunayted” və “Arsenal”dan geri qalır. Mançester klubu 776, London təmsilçisi isə 728 qələbə qazanıb.
Xatırladaq ki, Premyer Liqanın geridə qalmış 11 turundan sonra 21 xal toplamış “Liverpul” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 8 xalı olan “Mançester Yunayted” isə 19-cu yerdədir.


