Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün əvvəlki turlarından təxirə salınmış daha iki oyun keçirilib.
Arena.az xəbər verir ki, əvvəlcə 1-ci turun “Naxçıvan” – “Neftçi”, daha sonra isə 3-cü turun “Landau Lions” – “Ordu” qarşılaşması baş tutub.
“Landau Lions” “Ordu” üzərində 97:80 hesablı qələbə qazanıb. Bakı İdman Sarayında keçirilən görüşdə qaliblərin ən məhsuldar basketbolçusu 30 xal toplamış Ceyms Freyzer olub.
“Landau Lions” – “Ordu” – 97:80 (34:20, 19:20, 22:28, 22:12)
Günün digər oyununda “Neftçi” “Naxçıvan”ı böyük hesabla məğlub edib – 104:84. “Neftçi”nin heyətində ən yaxşı nəticəni 22 xal toplayan Miliç Starovlah göstərib.
“Naxçıvan” – “Neftçi” – 84:104 (19:36, 20:21, 20:29, 25:18)
Qeyd edək ki, 1-ci turda “Sabah” “Landau Lions”a 84:74, NTD “Sumqayıt”a 94:111, “Ordu” isə “Gəncə”yə 90:92 hesabı ilə uduzub.
3-cü turun digər oyunlarında “Naxçıvan” “Gəncə”ni 72:70, “Neftçi” “Sumqayıt”ı 86:69, “Sabah” isə NTD-ni 100:75 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra “Sabah” və “Neftçi” hərəyə 13 xal toplayıblar. “Sabah” top fərqinə görə turnir cədvəlində liderliyini qoruyur. ABL-in yarış cədvəlində 7 turdan sonrakı vəziyyət belədir:
- “Sabah” – 13
- “Neftçi” – 13
- “Naxçıvan” – 12
- “Landau Lions” – 11
- “Sumqayıt” – 10
- “Gəncə” – 9
- “Ordu” – 9
- NTD – 7


