Futbol üzrə İngiltərə milli komandasının və Almaniyanın “Bayern” klubunun hücumçusu Harri Keyn aldığı zədədən sonra əməliyyat keçirib.
Arena.az xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu sol topuğundakı bağlardan əməliyyat olunub.
Bu barədə Keyn sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, Keyn Bundesliqanın 10-cu turunda “Köln”lə matçda (1:1) zədələnib. Hücumçu qarşılaşmanın 20-ci dəqiqəsində əvəzlənib. Daha sonra “Bayern” futbolçunun bir neçə ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayından “Bayern”də çıxış edir. O, Münhen klubunun heyətində iki dəfə Almaniya çempionu və Almaniya Super Kubokunun qalibi olub, bir dəfə isə Almaniya Kubokunu qazanıb. Bundan əvvəl isə o, yetirməsi olduğu “Tottenhem”də forma geyinib.
İngiltərə millisinin heyətində dünya çempionatının bürünc medalını qazanmış Keyn iki son Avropa çempionatının gümüş mükafatçısıdır. O, 93 qolla İngiltərə millisinin tarixində ən yaxşı bombardirdir.
Keyn bu ol oktyabrın sonunda karyerasında ilk dəfə “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatına sahib olub.


