Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Çelsi” doğma meydanda “Lids”ə böyük hesabla məğlub olub. “Bornmut” “Nottingem Forest”i, “Koventri Siti” “Kristal Pelas”ı, “Tottenhem” isə “İpsviç Taun”u məğlub yola salıb.
Səfərdə “Nyukasl”la qarşılaşmış son çempion “Arsenal” xal itkisi ilə üzləşib. “Mançester Siti” də “Fulhem”lə ev oyunundan heç-heçə ilə ayrılıb. “Aston Villa” – “Sanderlend” görüşündə isə qapılara qol vurulmayıb.
İngiltərə, Premyer Liqa
11-ci tur
21 noyabr
Mançester Siti – Fulhem 1:1
Aston Villa – Sanderlend 0:0
Bornmut – Nottingem Forest 2:0
Çelsi – Lids 1:4
Koventri Siti – Kristal Pelas 3:2
Tottenhem – İpsviç Taun 2:0
Nyukasl – Arsenal 2:2
22 noyabr
18:00. Hall Siti – Brayton
20:30. Liverpul – Mançester Yunayted
23 noyabr
00:00. Brentford – Everton


