La Liqa: “Atletik” “Espanyol”a evdə uduzdu

Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Atletik” doğma meydanda “Espanyol” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaq komanda tək qolla 3 xala sevinən tərəf olub.

Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 21-də, 22-də və 23-də keçiriləcək.

İspaniya, La Liqa
13-cü tur

20 noyabr

Atletik – Espanyol 0:1

21 noyabr

17:00. Alaves – Deportivo
19:15. Rayo Valyekano – Valensiya
21:30. Sevilya – Betis
00:00. Real – Selta

22 noyabr

17:00. Barselona – Vilyarreal
19:15. Rasinq – Real Sosyedad
21:30. Osasuna – Malaqa
00:00. Xetafe – Atletiko

23 noyabr

00:00. Levante – Elçe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: