Bukayo Saka bir ay yaşıl meydanlardan uzaq qalacaq

London “Arsenal”ının hücumçusu Bukayo Saka bud nahiyəsindən aldığı zədə səbəbindən ən azı 4 həftə komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Mikel Arteta məlumat verib.

Saka zədəsini oktyabrın 21-də UEFA Çempionlar Liqasının “Bayern”ə qarşı keçirilən oyununda (2:2) alıb. İngiltərə millisinin üzvü qarşılaşmanın əvvəlində budun dördbaşlı əzələsindən zədələnib.

Arteta futbolçunun bərpa prosesinin ən azı dörd həftə davam edəcəyini bildirib.

Bukayo Saka cari mövsümdə “Arsenal”ın əsas futbolçularından biridir. O, bütün turnirlərdə 11 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Saka son illərdə “Arsenal”ın hücum xəttinin əsas fiqurlarından biri olmaqla yanaşı, İngiltərə millisinin də aparıcı futbolçularındandır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: