20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) Bakıda təşkil edilmiş təlim-məşq toplanışının son günündə ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, U-20 millimiz növbəti dəfə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolları 25-ci dəqiqədə Nicat Nərimanov və 45-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda keçirilmiş ilk oyun 0:0 hesablı heç-heçə başa çatmışdı.
Azərbaycan – İraq 2:1
Qollar: Nicat Nərimanov, 25. Şahin İbrahimov, 45 – Moamel Malik Sabah, 67.
Azərbaycan: 1. Həbib Hüşənov, 4. Uğur Qurbanlı, 14. Murad Qurbanov (5. Rəşad Alışov, 73), 3. Həzrət Səmədov (2. Nadir Orucov, 46), 24. Əhməd Tarverdiyev (13. Vüsal Paşayev, 46), 10. Anar Hüseynov (20. İslam Həsənov, 46), 18. Raul Süleymanov (16. İbrahim Babayev, 87), 8. Hikmət Cəbrayılzadə (17. Eltun Babazadə, 73), 23. Əli Bəşirov (6. Pünhan Qasımzadə, 56), 11. Şahin İbrahimov (7. Nihad Orucəli, 73), 19. Nicat Nərimanov (21. Ziya Şəkərxanov, 46).
Ehtiyat oyunçular: 12. Aftandil Arıxov, 22. Rüstəm Yarəhmədov, 15. Rəvan Feyziyev, 9. Şahnur İsmayılov.
Baş məşqçi: Rui Jorje.
İraq: 22. Hussein Mohammed, 4. Mohammed Başir, 20. Mohammed Rahman, 19. Karrar Kazım Sfayyih, 2. Sayyad Hussein Casim, 16. Ali Alriza Haydar (8. Ali Alakbar Amir Ali, 81), 5. Muhammed Ali (13. Ovs Qazi Hasan, 46), 6. Rıza Başar Cabbar (18. Yusif Casim, 77), 11. Abbas Qatea Raca (15. Ali Xalid, 46), 17. Murtaza Moxles, 21. Moamel Malik Sabah.
Ehtiyat oyunçular: 1. Hussein Adnan Raif, 14. Ali İdris, 3. Abdulrazzaq Ali Ab, 7. Alamer Haydar, 23. Mohammed Haydar X., 9. Mohammed Haydar, 24. Xalid Abdulrahman, 10. Haydar Xaldun.
Baş məşqçi: Ahmed Salih.


