U-19 millimizin Bakı toplanışı üçün 20 futbolçu

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-19) noyabrın 18-dən Dalğa Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışındadır.

Arena.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 23-nə qədər davam edəcək.

Toplanış çərçivəsində komanda Serbiyada UEFA Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda keçiriləcək rəsmi oyunlara hazırlaşır.

U-19 millimizin təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

  1. Nərgiz Ağaliyeva (Şəfa)
  2. Firuzə Bayramova (Dirçəliş)
  3. Arzu Cəfərova (İmişli)
  4. Səma Əsədova (Sabah)
  5. Yelizaveta Vaysman (İmişli)
  6. Ayan Abdiyeva (Liman)
  7. Xədicə Rəhimova (Neftçi)
  8. Zəhra İsmayılova (İmişli)
  9. Səbinə Şərəfxanova (Krılya Sovetov, Rusiya)
  10. Məryəm Səmədli (Sabah)
  11. Sara Səlimova (Neftçi)
  12. Arzu Ağaliyeva (Şəfa)
  13. Mehri Məmmədzadə (Şəfa)
  14. Naidə Məmmədova (Dirçəliş)
  15. Suel Polikarpova (Neftçi)
  16. Ayşən Salamzadə (Qaziantep Safir, Türkiyə)
  17. Xədicə Əlizadə (Sabah)
  18. Fatimə Kərimli (Sabah)
  19. Xanım Əsədova (Qaziantep Safir, Türkiyə)
  20. Şəhanə Mirzəliyeva (Liman)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: