PSJ-nin qapıçısı Matvey Safonov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qalatasaray”la keçiriləcək qarşılaşma barədə danışıb.
Arena.az xəbər verir ki, rusiyalı qapıçı İstanbul klubunda çıxış edən həmyerlisi Aleksey Batrakovla üz-üzə gələcəyi matçın onun üçün digər avrokubok oyunlarından xüsusi fərqlənmədiyini bildirib:
“Çempionlar Liqasında məhz “Qalatasaray”la oyunu gözlədiyimi deyə bilmərəm. Son vaxtlar ən çox gözlədiyim oyunlar “Mançester Siti” və “Barselona”ya qarşı matçlar idi. Amma sirr deyil ki, UEFA Çempionlar Liqasının bütün oyunları maraqlıdır. Bu matçı da digər oyunlar kimi gözləyirəm”.
Safonov Batrakovun çıxışını da dəyərləndirib:
“Aleksey Batrakova gəlincə, onun meydanda ən yaxşı keyfiyyətlərini nümayiş etdirə bilməsinə sevinirəm”.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu 27 yanvarda keçirəcək. Paris təmsilçisi həmin gün “Qalatasaray”ı doğma meydanda qəbul edəcək.
Batrakov 2026-cı ilin yayından “Qalatasaray”da çıxış edir. Safonov isə PSJ-nin əsas qapıçılarından biri kimi mübarizəsini davam etdirir.


