U-19 millimiz son oyunda Farer adalarını məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda son oyununu keçirib.

Arena.az xəbər verir ki, U-19 millimiz Belqraddakı “Vozdovaç” stadionunda Farer adalarından olan həmyaşıdları ilə qarşılaşıb.

Yığmamız 2:0 hesablı qələbə qazanıb. Hesabı 16-cı dəqiqədə Ümid Səlimov açıb. Azərbaycan millisinin ikinci qolu isə 67-ci dəqiqədə vurulub. Mustafa Kamara penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, Azərbaycan millisi seçmə mərhələni 3 xalla başa vurub. Komandamız bundan əvvəl Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olmuşdu. Bütün qarşılaşmalar Serbiyada keçirilib.

Bütün oyunlarından qalib ayrılmış Monteneqro 9 xalla qrup birincisi olub. Serbiya 6 xalla ikinci olubsa, Azərbaycan 3 xalla üçüncü yeri tutub. Xalsız olan Farer adaları da sonuncu yerlə kifayətlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: