Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 6-cı turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A, B, C və D liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub.
A Liqasının 2-ci qrupunda Almaniya millisi Niderland yığmasını sınağa çəkib və rəqibini 5 cavabsız qolla yenib. Yunanıstan isə Serbiyanı tək qolla üstələyib. Beləliklə, bu qrupda üç komanda qrup mərhələsini 11 xalla başa vurub. Yekunda almanlar qrup qalibi olublar.
Azərbaycan millisinin də yer aldığı D Liqasının 2-ci qupunda Lixtenşteyn millisi səfərdə Litva ilə qarşılaşıb. Bu görüşdə Litva qalib gəlməklə qrup ikincisi olub.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
16 noyabr
A Liqası, 2-ci qrup
Almaniya – Niderland 5:0
Yunanıstan – Serbiya 1:0
Xallar: Almaniya – 11. Niderland – 11. Yunanıstan – 11. Serbiya – 0.
B Liqası, 1-ci qrup
İsveçrə – Şotlandiya 4:0
Şimali Makedoniya – Sloveniya 0:3
Xallar: İsveçrə – 16. Sloveniya – 11. Şotlandiya – 7. Şimali Makedoniya – 0.
C Liqası, 3-cü qrup
Farer adaları – Moldova 1:0
Qazaxıstan – Slovakiya 2:2
Xallar: Slovakiya – 12. Farer adaları – 8. Moldova – 7. Qazaxıstan – 3.
C Liqası, 4-cü qrup
İslandiya – Lüksemburq 3:0
Estoniya – Bolqarıstan 2:1
Xallar: İslandiya – 14. Estoniya – 12. Bolqarıstan – 4. Lüksemburq – 3.
D Liqası, 1-ci qrup
Cəbəllüttariq – Malta 1:1
Xallar: Malta – 8. Andorra – 4. Cəbəllütariq – 3.
D Liqası, 2-ci qrup
Litva – Lixtenşteyn 2:1
Xallar: Azərbaycan – 8. Litva – 7. Lixtenşteyn – 1.


