Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq UEFA Millətlər Liqasının 6-cı turunda Almaniya ilə oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionu “Barselona”da çıxış edən Frenki De Yonq Yunanıstanla son oyunda zədələnib. Niderlandın 7:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmada 29 yaşlı futbolçu fasilədən sonra əvəzlənib. Yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı, lakin ehtiyat tədbiri olaraq komanda ilə Berlinə aparılmayacağı bildirilib.
Almaniya – Niderland qarşılaşması noyabrın 16-da Berlində keçiriləcək.
Qeyd edək ki, qrup mərhələsində Niderland 5 oyundan sonra 11 xalla birinci, Almaniya isə 8 xalla üçüncüdür. 8 xalı olan Yunanıstan ikinci, xalsız Serbiya isə sonuncu pillədə qərarlaşıb.


