İkinci Liqa: “Marafon”dan “Şəki”yə 5 cavabsız qol

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ağstafa Gəncləri” “Difai” ilə ev oyununda 3 cavabsız qola sevinib. “Marafon” isə “Şəki”ni 5 cavabsız qolla yenib.

11-ci turun qalan görüşləri noyabrın 16-da və 17-də keçiriləcək.

İkinci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai” 3:0
Qollar: Elgün Namazov, 18. Elçin Qasımov, 20; 28.
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

“Marafon” – “Şəki” 5:0
Qollar: Uğur Səfərov, 23; 80. Elmar Rəhimov, 37. Elşad Manafov, 55. Mirmövsüm Caniyev, 88.
Hakimlər: Ləman Əmirli, Ruslan Babayev, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Marafon Arena”, 14:30.

16 noyabr

“Zəngəzur” – “Hypers”
Hakimlər: Vaqif Vəliyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Şirvan”
Hakimlər: Hacıağa Həsənov, Rizvan Süleymanov, Əkbər Əliyev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Qaradağ Lökbatan”
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

17 noyabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: