Didye Diqar – “Lans”ın yeni baş məşqçisi!

Fransalı futbol mütəxəssisi Didye Diqar Liqa 1-də mübarizə aparan “Lans” komandasının baş məşqçi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi Didye Diqarla müqavilə imzalandığını açıqlayıb. 40 yaşlı fransalı mütəxəssislə 2028-ci ilin iyununa qədər nəzərdə tutulmuş 2 illik sözləşmə imzalanıb.

Diqar bu postda Yannik Kayuzakı əvəzləyib. Sonuncu ötən gün, “Lans”ın uğursuz nəticələrindən sonra vəzifəsindən azad edilmişdi. Komanda UEFA Çempionlar Liqasında “Komo”ya 1:9 hesabı ilə uduzduqdan sonra baş məşqçi dəyişikliyinə qərar verilmişdi.

Didye Diqar məşqçilik karyerasında “Nitsa” və “Havr”ı çalışdırıb. O, “Nitsa” ilə Avropa Konfrans Liqasının 1/4 finalına yüksəlib.

“Lans” hazırda Liqa 1-də 13 xalla 11-ci, Çempionlar Liqasında isə 3 xalla 33-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: