“Mingəçevir” Elman Sultanovla vidalaşdı

Birinci Liqada mübarizə aparan və 2026/2027-ci illər mövsümündə uğursuz çıxış edən “Mingəçevir” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Arena.az xəbər verir ki, klub rəhbərliyi Elman Sultanovla əməkdaşlığa son qoyub.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə razılığa gəliblər.

Sultanovun rəhbərliyi altında “Mingəçevir” Birinci Liqanın ilk 7 turunda gözlənilən nəticələri əldə edə bilməyib. Komanda bu müddətdə yalnız bir qələbə qazanıb, bir dəfə heç-heçə edib və beş qarşılaşmadan məğlub ayrılıb. Mingəçevir təmsilçisi bu oyunlarda 5 qol vurub, qapısında isə 17 top görüb.

Komanda 7 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Mingəçevirin eyniadlı təmsilçisi son turda “Şahdağ Qusar”la qarşılaşması isə baş tutmayıb. Komanda oyuna çıxmadığı üçün matçda ona 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klubun yeni baş məşqçinin kimliyi ilə bağlı yaxın günlərdə məlumat yayacağı gözlənilir.

Xatırladaq ki, əyalət klubunda hazırda ciddi maliyyə problemləri də mövcuddur. Futbolçuların cari mövsümün əvvəlindən pullarını ala bilmədiyi iddia edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: