“Gəncə” doğma meydanda Türkiyə klubuna böyük hesabla uduzdu

“Gəncə” basketbol komandası Avropa Kubokunun 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi kollektiv turnirin C qrupunda 6-cı tur çərçivəsində doğma meydanda Türkiyənin “Esenler Erokspor” komandasını qəbul edib.

Gəncə İdman Sarayında keçirilən qarşılaşma meydan sahibləri üçün uğursuz alınıb. Təmsilçimiz rəqibinə 66:97 (18:19, 11:36, 19:23, 18:19) hesabı ilə məğlub olub.

Azərbaycan komandasının heyətində ən məhsuldar basketbolçu 19 xalla Kobe Meji olub. Bakari Kamara 14, Latavius Cey Mitçell 11, Montavius Merfi 9, Ksavye Rouds 6, Əlibəy Məmmədli 5, Fikrət Ələkbərov isə 2 xal toplayıb.

Bu, “Gəncə”nin Avropa Kubokunda keçirdiyi 6 oyunda 5-ci məğlubiyyətidir. Azərbaycan təmsilçisinin hesabında yalnız bir qələbə var.

C qrupunda 6 turdan sonra “Esenler Erokspor” və Yunanıstanın “Kolossos” komandaları 12 xalla ilk iki pilləni bölüşür. Portuqaliyanın “Sportinq”i 10 xalla üçüncü, Rumıniyanın “Universitatya”sı və Bolqarıstanın “Rilski Sportist”i 8 xalla növbəti iki pillədə qərarlaşıb. Gəncəlilər isə 6 xalla sonuncu yerdədirlər.

Azərbaycan klubu qrup mərhələsində daha əvvəl “Esenler Erokspor”a səfərdə 63:92, “Kolossos”a evdə 62:80 hesabı ilə uduzub. “Gəncə” doğma meydanda “Sportinq”ə 69:67 hesabı ilə qalib gəlib, “Rilski Sportist”lə oyunda 0:20 hesablı texniki məğlubiyyət alıb, son olaraq səfərdə “Universitatya”ya 96:105 hesabı ilə məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: