Toral Bayramov: “Xalqımıza qələbə sevinci bəxş etmək istəyirik”

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz sözügedən rəqiblə sabah səfərdə qarşılaşacaq.

Toral Bayramov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Arxada qalan Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəlincə, Lixtenşteynlə Bakıdakı matçda hesab açılmamışdı. Rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inam var. Bu görüşə ciddi hazırlaşmışıq. İnanırıq ki, istədiyimizi meydanda həyata keçirməklə xalqımıza qələbə sevinci bəxş edə biləcəyik”.

Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: