Azərbaycanın qadınlardan ibarət basketbol milli komandası bu gün 2029-cu il Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, A qrupunda mübarizə aparan millimiz Bakıda İsveçrə yığmasını qəbul edib.
Milli Gimnastika Arenasında keçirilmiş qarşılaşma yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 33:84.
İsveçrə yığması ilk hissədən üstünlüyü ələ keçirib. Komandalar ilk periodu 7:14, ikinci periodu isə 6:27 hesabı ilə başa vurublar. Üçüncü periodda da İsveçrə 23:16 hesabı ilə qalib gəlib. Son periodda isə Azərbaycan cəmi 4 xal toplayıb və rəqib 20 xal yığıb – 4:20.
Azərbaycan millisinin heyətində ən məhsuldar basketbolçu 12 xalla Anjelina İsmayılova olub. Polina Şukina 10, Leyla Allahverdiyeva 4, Deniz Gökçel 3, Mədinə Məmmədova isə 2 xal toplayıb.
Azərbaycan: Aylin Əkbərzadə, Leyla Allahverdiyeva (4), Deniz Gökçel (3), Dina Ulyanova, Ancelina İsmayılova (12), Şilan Akbingel, Mədinə Məmmədova (2), Adilə Yusubova, Sitara Abbasova, Qalina Quşina, Polina Şukina (10), Viktoriya Ulyanova.
Basketbol yığmamız seçmə mərhələdə növbəti oyununu noyabrın 14-də keçirəcək. Millimiz bu dəfə doğma meydanda İrlandiya yığması ilə qarşılaşacaq.


