Viktor Munyos təcili İspaniya millisinə çağırıldı

İngiltərənin “Liverpul” klubunun şərəfini qoruyan sol cinah hücumçusu Viktor Munyos futbol üzrəə İspaniya milli komandasına çağırılıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Lamine Yamal və Mikel Oyarzabalın səhhətində yaranmış problemlər səbəbindən Luis de la Fuentenin sərəncamına qoşulub.

Lamin Yamal klubunda keçirdiyi son oyunların ardından sağ dizində ciddi narahatlıq hiss edib. Mikel Oyarzabal isə ağır qripdən sonra hələ tam bərpa olunmayıb. Hər iki futbolçunun noyabrın 12-də UEFA Millətlər Liqası çərçivəsində Çexiyaya qarşı oyunu buraxacağı gözlənilir. Onların noyabrın 15-də İngiltərəyə qarşı matçda iştirak edib-etməyəcəyi isə tibbi müayinələrdən sonra müəyyənləşəcək.

İspaniya UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda 4 oyundan 12 xalla liderdir və artıq 1/4 finala vəsiqəni təmin edib. “Qırmızı furiya” növbəti oyununu noyabrın 12-də Çexiyaya, daha sonra isə İngiltərəyə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: