Joze Mourinyo – La Liqada oktyabr ayının ən yaxşı məşqçisi!

Madrid “Real”ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında 2026-cı ilin oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis səsvermədə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratsonu qabaqlayıb.

“Real” oktyabr ayında La Liqada keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Madrid təmsilçisi əvvəlcə doğma meydanda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib. Ardınca “Sevilya” üzərində 4:1 hesablı inamlı qələbə qazanan “kral klubu” ayın son matçında “Barselona” ilə qarşılaşıb.

Mourinyonun komandası “Santyaqo Bernabeu” stadionunda keçirilən “el klasiko”da da üstün olub. “Real” əzəli rəqibini 2:1 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb.

Beləliklə, “Real” oktyabr ayında maksimum nəticə göstərərək Mourinyonun La Liqada ayın ən yaxşı məşqçisi mükafatını qazanmasına şərait yaradıb.

Xatırladaq ki, əvvəllər də “Real”a rəhbərlik etmiş Joze Mourinyo cari mövsümün əvvəlində Madrid klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: