İlk dəfə futbol üzrə Azərbaycan milli komandasına dəvət almış İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Lorenso Mezzotero zədələnib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Yığmanın futbolçusu Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenso milli komandanın heyətindən çıxarılıb. Onun əvəzində “Araz-Naxçıvan” klubunun hücumçusu Ağadadaş Salyanski milliyə dəvət olunub.
Xatırladaq ki, Lorenso Mezzotero 2024-cü ildən “Sampdoriya”nın sistemindədir. O, daha öncə İtaliyada “Atalanta”nın, İspaniyada “Marset”in, Azərbaycanda “Neftçi”nin də sıralarında çıxış edib. Bu ildən “Sampdoriya”nın əsas komandasında forma geyinən hücumçu meydana çıxdığı 4 oyunda 1 qol vurub.
Bu ildən Azərbaycanın U-21 millisində oynayan Mezzotero 3 oyunda fərqlənə bilməyib. 18 yaşlı forvard ilk dəfə Ayxan Abbasov tərəfindən əsas millimizə dəvət almışdı.


