Liqa 1: “Monako” büdrədi, Lion “Olimpik”i uduzdu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Le Man”la qarşılaşmış “Monako” yenə xal itkisi ilə üzləşib. “Brest” Lion “Olimpik”i ilə ev oyununda inamlı qələbəyə sevinib.

“Renn” doğma meydanda “Lill”ə, “Anje” “Nitsa”ya, “Havr” “Loryan”a, “Lans” isə Marsel “Olimpik”inə məğlub olub.

Beləliklə, 10 turdan sonra 23 xala malik PSJ vahid liderdir. “Lill” 21 xalla ikinci, “Paris” 20 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”i 18, Lion “Olimpik”i və “Nitsa” 17, “Monako” və “Renn” 16 xal toplayıblar.

Fransa, Liqa 1
10-cu tur

6 noyabr

Tuluza – Strasburq 3:1

7 noyabr

Oser – Paris 0:1
PSJ – Trua 1:0

8 noyabr

Renn – Lill 1:2
Anje – Nitsa 0:2
Brest – Olimpik (Lion) 2:0
Havr – Loryan 0:2
Le Man – Monako 1:1
Lans – Olimpik (Marsel) 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: