Zamiq Əliyev “Vora” ilə matçda ehtiyatda qaldı

Azərbaycanlı müdafiəçi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının “Vora” ilə ev oyununda da iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində “Vora”nı qəbul edib.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 5:1. Əliyev bu görüşün sonuna qədər ehtiyatda qalıb.

Zamiqin komandası hazırda 27 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. “Eqnatiya” keçirdiyi 11 oyunda 9 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 84 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: