Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu “Araz-Naxçıvan”ın 29 yaşlı hücumçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, sözügedən turnirdə 200-cü matçını keçirib.
İsgəndərovun yubileyi “Şəfa” ilə səfər görüşünə (2:2) təsadüf edib. Ülvi bu qarşılaşmalarda 25 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
Premyer Liqadakı debütü 2017/2018-ci illər mövsümündə gerçəkləşmiş futbolçu indiyə qədər 3 klubun formasını geyinib. “Sumqayıt”da 18 (3 qol), “Qəbələ”də 118 (17 qol) dəfə meydana çıxmış İsgəndərov indiki klubunda da 64 dəfə (5 qol) şans qazanıb.
Qeyd edək ki, Ülvi İsgəndərov çempionatın yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçudur.
29 yaşlı hücumçu 2024-cü ildən “Araz-Naxçıvan”ın uğurları üçün çalışır. O, sözügedən komandanın heyətində 74 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.


