Premyer Liqa: “İmişli” “Sumqayıt”a, “Sabah” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

“İmişli” bu turda “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək. Matçın baş hakimi Əkbər Əhmədov olacaq.

Turun qapanış matçında isə son çempion “Sabah” “Şamaxı”nı sınağa çəkəcək. Oyuna saat 17:30-da start veriləcək. Görüşü Kamal Umudlu idarə edəcək.

Premyer Liqa
11-ci tur

6 noyabr

“Qarabağ” – “Turan Tovuz” 0:1
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:00.

“Neftçi” – “Kəpəz” 1:0
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev .
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:00.

7 noyabr

“Şəfa” – “Araz-Naxçıvan” 2:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Sumqayıt Arena”, 16:00.

“Zirə” – “Qəbələ” 2:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabbarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

8 noyabr

“İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 15:00.

“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: