Kompaninin səhhəti ilə bağlı yeni açıqlama

Münhenin “Bayern” klubunun baş məşqçisi Vensan Kompaninin səhhətindəki problem səbəbindən işə fasilə verməsi ilə bağlı yeni açıqlama verilib.

Arena.az xəbər verir ki, komandanın köməkçi məşqçisi Aaron Danks belçikalı mütəxəssisin vəziyyətinin yaxşılığa doğru dəyişdiyini bildirib.

Danks qeyd edib ki, Kompani ilə telefon vasitəsilə bir neçə dəfə danışıb və 39 yaşlı çalışdırıcı müsbət təsir bağışlayıb:

“Vensan yaxşı təsir bağışlayır və görünür, inamla sağalır. Millilər üçün yaranan fasilə onun nə vaxt tam şəkildə qayıda biləcəyini müəyyənləşdirmək üçün yaxşı fürsətdir”.

Danks Kompaninin yoxluğunda məşq prosesinə rəhbərlik edir. O, komanda üzvlərinin bu müddətdə nümayiş etdirdiyi birlik və mübarizə əzmini də yüksək qiymətləndirib.

Qeyd edək ki, Danks və Kompani təxminən iki il yarımdır birlikdə çalışırlar. “Bayern” Almaniya çempionatının 9-cu turunda “Maynts”la qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: