Super Liqa: Qadınlar da yeni mövsümə start verdilər

Bu gün keçirilmiş oyunlarla qadın voleybolçular arasında Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, mövsümün ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Milli Aviasiya Akademiyası” startda “Gəncə” ilə qarşılaşıb. “Azərmaş Abşeron” isə “Naxçıvan”la üz-üzə gəlib. Bu oyunlarda “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” komandaları 3:0 hesab ilə qalib gəliblər.

“DH Volley” və “Turan” komandalarının iştirakı ilə keçirilməli olan birinci turun qarşılaşmaları (UNEC – “DH Volley”, “Azərreyl” – “Turan”) isə avrokuboklarda iştirak səbəbindən təxirə salınıb. Həmin görüşlərin keçiriləcəyi tarixlər barədə yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, sabah Super Liqanın 2-ci turu çərçivəsində “Murov” – UNEC qarşılaşması keçiriləcək

Super Liqa (Qadınlar)
1-ci tur

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:0 (25:22, 25:17, 25:19)
“Azərmaş Abşeron” – “Naxçıvan” 0:3 (20:25, 13:25, 12:25)

Bu gün həm də kişi voleybolçuların ölkə çempionatında 3-cü turun son iki qarşılaşması keçirilib. Günün ilk matçında “Gənclər” “Xilasedici” ilə üz-üzə gəlib. Abşeron Olimpiya İdman Kompleksində təşkil edilmiş görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyununda isə “Murov” və “Neftçi” komandaları qarşılaşıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş matçda “Neftçi” rəqibini 3:2 hesabı ilə üstələyib.

4-cü tura noyabrın 11-də start veriləcək.

Super Liqa (Kişilər)
4-cü tur

“Gənclər” – “Xilasedici” 0:3 (15:25, 16:25, 10:25)
“Murov” – “Neftçi” 2:3 (25:21, 21:25, 25:22, 12:25, 11:15)

Turnir cədvəli:

  1. Ordu – 9
  2. Xilasedici – 9
  3. Murov – 4
  4. Azərreyl – 3
  5. Neftçi – 2
  6. Gənclər – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: