“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyundan öncə rəqibin hazırkı vəziyyətini dəyərləndirib.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah İngiltərə Premyer Liqasının 10-cu turunda üz-üzə gələcəklər.
İspaniyalı mütəxəssis “Mançester Yunayted”in böyük klub olduğunu vurğulayıb və komandanın çempionatda mövqelərini bərpa edəcəyinə inandığını bildirib.
“Mançester Yunayted” həftə ərzində uğursuz seriyasına son qoyub. Mançester təmsilçisi noyabrın 3-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda doğma meydanda “Roma”nı 3:2 hesabı ilə məğlub edib. Bu qələbə “qırmızı şeytanlar”ın bütün turnirlərdə 9 oyunluq qələbəsiz seriyasını dayandırıb.
Emeri deyib: “Mançester Yunayted” fantastik klubdur. Ötən mövsüm futbolçuları yaxşı nəticələr göstərərək UEFA Çempionlar Liqasına vəsiqə qazandılar. Premyer Liqada isə mövsümə bir qədər qeyri-sabit başlayıblar, lakin mövqelərini bərpa etməlidirlər. Ümid edirəm ki, bunu bazar günü etməyəcəklər”.
Qeyd edək ki, “Mançester Yunayted” – “Aston Villa” matçı noyabrın 8-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


