ABL: “Neftçi” NTD üzərində inamlı qələbə qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, “Neftçi” doğma meydanda NTD-ni 82:63 hesabı ilə məğlub edib.

Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş qarşılaşmada ilk periodu qonaqlar 19:18 hesabı ilə öndə başa vursalar da, “Neftçi” ikinci hissədə üstünlüyü ələ alıb. Paytaxt təmsilçisi fasiləyə 36:28 hesablı üstünlüklə yollanıb.

“Neftçi” üçüncü periodda fərqi daha da artıraraq son hissəyə 63:45 hesabı ilə üstün daxil olub. Qarşılaşmanın yekununda isə 82:63 hesabı qeydə alınıb.

Qalib komandanın heyətində Aleksa Stepanoviç 15 xalla ən məhsuldar basketbolçu olub.

Beləliklə, “Neftçi” 5-ci qələbəsini qazanaraq ABL-in yarış cədvəlində 10 xalla liderliyini qoruyub. NTD isə keçirdiyi 6 görüşün hamısından məğlub ayrılıb.

Qeyd edək ki, 6-cı turun əvvəlki oyununda “Ordu” “Sabah”a 81:93 hesabı ilə uduzub. Turun daha iki qarşılaşması noyabrın 8-də keçiriləcək: “Gəncə” – “Sumqayıt” və “Naxçıvan” – “Landau Lions”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: