ABL: “Sabah” “Ordu”nu məğlub etdi

Bu gün keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk günündə yalnız bir qarşılaşma baş tutub.

Bakıdakı Milli Gimnastika Arenasında “Ordu” və “Sabah” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunda “Sabah” 93:81 hesablı qələbə qazanıb. Görüşün hissələri 14:20, 25:29, 16:29, 26:15 hesabları ilə yekunlaşıb.

Qalib komandanın heyətində Frenki Fidler xüsusi fəallıq göstərib. O, 28 xal toplayaraq matçın ən məhsuldar basketbolçusu olub.

Bu qələbədən sonra “Sabah” 5 oyundan 4 qələbə ilə 9 xal toplayıb və ABL-in turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Ordu” isə 5 matçdan sonra 7 xalla üçüncü sıradadır.

6-cı turun digər oyunları noyabrın 7-də və 8-də keçiriləcək:

7 noyabr
15:00. “Neftçi” – NTD
Bakı, Milli Gimnastika Arenası.

8 noyabr
14:00. “Gəncə” – “Sumqayıt”
Gəncə İdman Sarayı.

15:00. “Naxçıvan” – “Landau Lions”
Bakı, Milli Gimnastika Arenası.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: