Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Osasuna” – “Atletik” matçında qalib müəyyənləşməyib. “Espanyol” – “Deportivo” görüşü isə qolsuz yekunlaşıb.
“Malaqa” evdə “Rasinq”ə məğlub olub. “Valensiya”nın qonağı olmuş Madrid “Real”ı da bu turu 3 cavabsız qolla qalib başa vurub.
Qeyd edək ki, 12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İspaniya, La Liqa
12-ci tur
6 noyabr
Sevilya – Alaves 0:0
7 noyabr
Malaqa – Rasinq 1:2
Espanyol – Deportivo 0:0
Osasuna – Atletik 1:1
Valensiya – Real 0:3
8 noyabr
17:00. Elçe – Betis
19:15. Real Sosyedad – Rayo Valyekano
21:30. Selta – Levante
21:30. Vilyarreal – Xetafe
00:00. Atletiko – Barselona


