21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) noyabrın 9-dan 17-nə qədər Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Hazırlıq prosesində U-21 millimiz Omanın U-23 yığması ilə iki yoxlama oyunu keçirəcək. Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Azərbaycan millisinin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:
- Sadiq Məmmədzadə – İmişli
- Səlim Həşimov – Gəncəbasar
- Teymur Həsənov – Qarabağ
- Ceyhun Bağırzadə – Şamaxı
- Elgün Dünyamalıyev – Sabah
- Hüseyn Hüseynov – Mingəçevir
- Timur Vəliyev – Master-Saturn (Rusiya)
- Məhəmməd Məhəmmədov – Neftçi
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
- Allahverdi Rəhimov – Zaqatala
- Elnur Mustafayev – Mingəçevir
- Yusif Hacıyev – Zirə
- Qədir Ramazanov – Qəbələ
- Ceyhun Kəlbəliyev – Şimal
- Dinamin Bağırov – Gəncəbasar
- Cuma Hüseynov – Qəbələ
- Elmar Məmmədov – Şəfa
- Əli Xəlilov – Aleksandriya (Ukrayna)
- Müzəffər Qurbanov – Dnepr (Belarus)
- İlkin Cəfərli – Sabah
- Elşən Hidayətov – Baku Sportinq
- Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
- Niyazi Osmanov – Şimal


