Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Everton” doğma meydanda “Koventri Siti” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
10-cu tur
6 noyabr
Everton – Koventri Siti 3:1
7 noyabr
16:30. Lids – Tottenhem
19:00. Arsenal – Hall Siti
19:00. Fulhem – Nyukasl
21:30. Nottingem Forest – Mançester Siti
8 noyabr
18:00. Brayton – Brentford
18:00. Kristal Pelas – Liverpul
18:00. İpsviç Taun – Bornmut
18:00. Sanderlend – Çelsi
20:30. Mançester Yunayted – Aston Villa


