Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi oyunların tarixi və təqvimi bəlli olub.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə üz-üzə gələcək.
Millimiz ilk oyununu martın 2-də evdə Lixtenşteynə qarşı keçirəcək. Martın 6-da səfərdə Gürcüstanla qarşılaşacaq yığmamız aprelin 20-də yenidən səfərdə Latviya ilə üz-üzə gələcək.
Aprelin 24-də Gürcüstanı qəbul edəcək yığmamız iyunun 11-də Latviya ilə evdə qarşılaşacaq. Azərbaycan millisinin sonuncu görüşü isə iyunun 15-də səfərdə Lixtenşteynlə olacaq.



