Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatının (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Hamburq” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
9-cu tur
6 noyabr
Hamburq – Borussiya (Mönhenqladbax) 3:1
7 noyabr
18:30. Borussiya (Dortmund) – Elversberq
18:30. Maynts – Bayern
18:30. Paderborn – Ayntraxt
18:30. Leypsiq – Auqsburq
21:30. Ştutqart – Verder
8 noyabr
18:30. Köln – Bayer
20:30. Frayburq – Union Berlin
22:30. Hoffenhaym – Şalke


