A Seriyası: “Roma”dan “Sassuolo”ya 3 cavabsız qol

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Torino” – “Leççe” matçında qalib müəyyənləşməyib. “Parma” doğma meydanda “Bolonya”ya məğlub olub. “Kalyari” evdə “Frozinone”yə, liderlik uğrunda mübarizə aparan “Roma” isə “Sassuolo”ya qalib gəlib.

Qeyd edək ki, 11-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
11-ci tur

6 noyabr

Venesiya – Udineze 2:1

7 noyabr

Kalyari – Frozinone 1:0
Torino – Leççe 1:1
Parma – Bolonya 1:2
Roma – Sassuolo 3:0

8 noyabr

15:30. Napoli – Latsio
18:00. Cenoa – Milan
18:00. Montsa – Atalanta
21:00. İnter – Komo
23:45. Fiorentina – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: