Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 14-cü turu çərçivəsində evdə “Sivasspor” ilə qarşılaşıb.
Kökçü 3:1 hesabıyla qalib gəldikləri bu görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.
14 turdan sonra 16 xalı olan (komandanın 2 xalı silinib – red.) “Vanspor” 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 14 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Özan Can Kökçü “Vanspor”a bu ilin yayında Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


