Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
“Şəfa” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Sumqayıt Arena”da baş tutacaq autsayderlərin görüşünə saat 16:00-da start veriləcək. Bu qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil ediləcək oyunun start fiti saat 18:30-da səslənəcək.
Premyer Liqa
11-ci tur
6 noyabr
“Qarabağ” – “Turan Tovuz” 0:1
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:00.
“Neftçi” – “Kəpəz” 1:0
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev .
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 20:00.
7 noyabr
“Şəfa” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Sumqayıt Arena”, 16:00.
“Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabbarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 18:30.
8 noyabr
“İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”, 17:30.
Futbolçularımız Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik, Aleksey Kaşuk Ukrayna və Reda Xadra Livan milli komandalarının qarşıdakı oyunları üçün dəvət alıblar.
Qeyd edək ki, Aleksey Kaşuk ilk dəfə Ukrayna A milli komandasına çağırılıb!
Futbolçularımıza qarşıdakı görüşlərdə uğurlar arzulayırıq!


