Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatının (Liqa 1) 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Tuluza” doğma meydanda “Strasburq” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
10-cu tur
6 noyabr
Tuluza – Strasburq 3:1
7 noyabr
22:00. Oser – Paris
00:05. PSJ – Trua
8 noyabr
18:00. Renn – Lill
20:15. Anje – Nitsa
20:15. Brest – Olimpik (Lion)
20:15. Havr – Loryan
20:15. Le Man – Monako
23:45. Lans – Olimpik (Marsel)


