“Traktor” “Xeybar”ı 2 cavabsız qolla yendi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 12-ci tur çərçivəsində “Xeybar”la qarşılaşıb.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 2 cavabsız qola seviniblər. Hər iki qolu Əmirhüseyn Hüseynzadə vurub. O, 36-cı və 49-cu dəqiqələrdə frqlənib.

“Traktor” hazırda 23 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 11 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 14 top keçirmiş “traktorçular” öz qapılarında 5 qol görüblər.

Cənubi Azərbaycan nəhəngi növbəti oyununu Asiya Çempionlar Liqası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” komandasına qarşı keçirəcək. Bu oyun noyabrın 23-də Təbrizdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: