Bu gün futbol üzrə Almaniya çempionatının (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Paderborn” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı evdə “Elversberq”ə, “Bayern” isə səfərdə “Maynts”a çətinliklə qalib gəlib. “Leypsiq” “Auqsburq”u, “Ştutqart” “Verder”i xalsız yola salıb.
Qeyd edək ki, 9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
9-cu tur
6 noyabr
Hamburq – Borussiya (Mönhenqladbax) 3:1
7 noyabr
Borussiya (Dortmund) – Elversberq 2:1
Maynts – Bayern 1:2
Paderborn – Ayntraxt 2:2
Leypsiq – Auqsburq 5:2
Ştutqart – Verder 1:0
8 noyabr
18:30. Köln – Bayer
20:30. Frayburq – Union Berlin
22:30. Hoffenhaym – Şalke


