Cəlal Hüseynov “UTA Arad”a qarşı 25 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 15-ci turu çərçivəsində “UTA Arad” ilə qarşılaşıb.

“Petrolul” səfər oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. Cəlal görüşün 65-ci dəqiqəsində meydana buraxılıb.

“Petrolul” 15 oyuna topladığı 27 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası 15 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu ilin yayında “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 13 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: