Əvəzedicilər: “Neftçi” “Turan”ı 4 qolla məğlub etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 9-cu turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Neftçi”nin ikinci komandası doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

9-cu turun qalan oyunları noyabrın 7-də və 8-də keçiriləcək.

Əvəzedicilər Liqası
9-cu tur

4 noyabr

“Zirə-2” – “Sumqayıt-2” 1:2
Qollar: Rauf Qafarov, 70 – Emil Həsənov, 29. Nihad Orucəli, 34.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Safalı Ağayev, Məleykə Məmmədova.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 11:00.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 3:7
Qollar: Cavid Paşa, 63. Turan Fətullayev, 76. Nihat Mehralıyev, 89 – Ömər Kərimov, 22. Qədir Ramazanov, 27; 52. Daniel Eşimoxay, 29. Cuma Hüseynov, 32. Hüseyn Xasməmmədli, 47. Xəyyam Məmmədli, 71.
Hakimlər: Ləman Əmirli, Orxan İbişov, Məmmədəli Kərimov, Rauf Salamov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

6 noyabr

“Neftçi-2” – “Turan Tovuz-2” 4:1
Qollar: Adama Diarra, 14. Məhəmməd Məmmədli, 22. Tunar Mehdiyev, 71. Nicat Məhərrəmov, 83 – İsmayıl İsmayılov, 87-pen.
Hakimlər: Alik Yunusov, Elman Kərimov, Anar Bədəlov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

7 noyabr

“İmişli-2” – “Şamaxı-2”
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Rəşad Quliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

8 noyabr

“Şəfa-2” – “Kəpəz-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Vüqar Bayramov, Yasin Cəbizadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Sabah-2” – “Qarabağ-2”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Zakir Şükürzadə, İlqar Əhmədov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: