Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin oktyabr ayının qalibləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi “Şəfa”nın yarımmüdafiəçisi Elnur Cəfərov olub. O, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 8-ci turu çərçivəsində qarşılaşdıqları “Şamaxı” ilə səfər oyununda komandasının ilk qoluna imza atmışdı. Bu oyun “Şəfa”nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.
Birinci Liqada Bəhruz Teymurov (“Xankəndi”), İkinci Liqada Zöhrab Bayramov (“Dinamo”) birinci olub.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.



