Arşeym: “Sabah”la matçda qələbəyə layiq idik”

“Vikinq”in baş məşqçisi Byarte Lunde Arşeym UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Norveç təmsilçisi doğma meydanda qarşılaşdığı Azərbaycan çempionu üzərində 4:1 hesablı əzmkar qələbəyə sevinib.

Arşeym matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, həqiqətən də möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən sonra futbolçularıma dedim ki, siz adınızı klubun tarixinə qızıl həriflərlə yazdırdınız. Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı çıxış etdik. Düşünürəm ki, qələbəyə layiq olan tərəf elə biz idik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin geridə qalmış 4 turundan sonra “Vikinq” 4 xalla 22-ci pillədə qərarlaşıb. “Sabah” isə 3 xalla 31-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: