“Neftçi” Plovdiv “Lokomotiv”inə də məğlub oldu

Azərbaycanın “Neftçi” basketbol komandası FİBA Avropa Kubokunun 2026/27 mövsümünün qrup mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Kostas Vassiliadisin baş məşqçisi olduğu kollektiv 5-ci turda Bolqarıstanda Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisi ilk periodu 19:13 hesabı ilə öndə başa vursa da, ikinci hissədə rəqib üstünlüyü ələ alıb – 23:11. “Ağ-qaralar” üçüncü periodda 23:14 hesablı üstünlüklə yenidən önə keçsə də, son hissədə 19:26 hesabı ilə uduzaraq məğlubiyyətdən qaça bilməyib.

Komandamızın heyətində ən məhsuldar basketbolçu 23 xal toplayan Aleksa Stepanoviç olub. Zəkəriyyə Hiks 17, Şakail Prays 15, Ulaş Turqut isə 10 xalla yadda qalıb.

Bu nəticədən sonra “Neftçi”nin aktivində 5 xal var. Qrupda 10 xalla Yunanıstanın “Mikonos” komandası liderdir. Rumıniyanın “Oradya” və Bolqarıstanın “Lokomotiv” klublarının hərəsinin 8 xalı var. Latviya təmsilçisi VEF 6, “Neftçi” və İsveçrənin “Fribur Olimpik” komandaları isə 5 xalla sıralanırlar.

Qeyd edək ki, Azərbaycan təmsilçisi bundan əvvəl “Mikonos”a (58:78), VEF-ə (94:110), “Fribur Olimpik”ə (73:78) və “Oradya”ya (83:99) məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: