Azərbaycanın “Gəncə” basketbol komandası FİBA Avropa Kubokunun 2026/27 mövsümünün qrup mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Murat Dikmenin baş məşqçisi olduğu kollektiv Rumıniyada “Universitatya” ilə qarşılaşıb.
Krayova şəhərindəki “Sala Polivalent” arenasında baş tutan görüş meydan sahiblərinin 105:96 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk periodu 23:20 hesabı ilə öndə başa vuran Gəncənin eyniadlı təmsilçisi fasiləyə 50:52 hesabı ilə geridə yollanıb. Üçüncü hissədə 25:22 hesablı üstünlük qazanan təmsilçimiz son periodda rəqibə 21:31 hesabı ilə uduzaraq matçı xalsız başa vurub.
Azərbaycan təmsilçisinin heyətində Kobe Meji 25 xalla ən məhsuldar oyunçu olub. Latavius Cey Mitçel 24, Ksavye Rods və Montavius Merfi 17, Bakari Kamara isə 10 xal toplayıblar.
Bu məğlubiyyətdən sonra Gəncənin eyniadlı klubunun aktivində 5 xal var. Qrupda Türkiyənin “Esenler Erokspor” komandası 10 xalla liderdir. Yunanıstanın “Kolossos” və Portuqaliyanın “Sportinq” klublarının hərəsinin 8 xalı var. “Universitatya” 7, Bolqarıstanın “Rilski Sportist” komandası 6 xalla sıralanır.
Qeyd edək ki, “Gəncə” əvvəlki turlarda “Esenler Erokspor”a (63:92), “Kolossos”a (62:80) məğlub olub, “Sportinq”ə (69:67) qalib gəlib. Bolqarıstanın “Rilski Sportist” komandası ilə görüşdə isə texniki məğlubiyyət alıb – 0:20.


